"Qriqorçuk "Astana"ya ötən il gəlib. O, Superkuboku qazandı, komandasını Avropa Liqasının qrupuna daşıdı. "Astana" Qriqorçukla avrokubokda uğur qazanan yeganə komanda deyil. O, 2014-2018-ci illərdə çalışdırdığı "Qəbələ" ilə də bunu bacarıb. Düzdü, Azərbaycanda titul qazanmadı, lakin komandası müntəzəm avrokubokda yer aldı. "Qəbələ"nin seçmə mərhələlərdə "Dinamo" (Tbilisi), "Apollon", "Panatinaikos", "Maribor", "Lill" zəfərlərini vurğulamaq kifayətdi".

çempionlar Liqasının I təsnifat mərhələsində "Astana"ya rəqib olan "çFR Kluj" rəqibin futbolçularından çox baş məşqçisi Roman Qriqorçukdan qorxur. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, rumınlar ukraynalının avrokuboklar üçün kifayət qədər təcrübəli mütəxəssis olduğunu yazıb.

Yerli KİV onun, xüsusən də, "Qəbələ" ilə Avropa Liqasında qazandığı nailiyyəti vurğulayıb. Həmkarlarımız ən çox Qriqorçukun "Astana"nı da qrupa qədər aparmasından narahatdılar: "Qriqorçuk "Astana"ya ötən il gəlib. O, Superkuboku qazandı, komandasını Avropa Liqasının qrupuna daşıdı. "Astana" Qriqorçukla avrokubokda uğur qazanan yeganə komanda deyil. O, 2014-2018-ci illərdə çalışdırdığı "Qəbələ" ilə də bunu bacarıb. Düzdü, Azərbaycanda titul qazanmadı, lakin komandası müntəzəm avrokubokda yer aldı. "Qəbələ"nin seçmə mərhələlərdə "Dinamo" (Tbilisi), "Apollon", "Panatinaikos", "Maribor", "Lill" zəfərlərini vurğulamaq kifayətdi".

Qeyd edək ki, "Astana" ilə "çFR Kluj" arasında oyunlar 9/10 iyul və 16/17 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest