"Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsindəki rəqibi "Partizani" heyətlə bağlı problem yaşayır. Matc.az saytının Albaniya mətbuatına istinadən məlumatına görə, Tirana klubu aparıcı futbolçusu Dilli Dukanı itirmək təhlükəsi ilə üzləşib.

Məsələ burasındadı ki, bu ilin yanvarında ABŞ klubu "Motoun"dan transfer edilən 30 yaşlı cinah yarımmüdafiəçisi 6 aylıq sözləşməyə qol çəkmişdi. Tərəflər müqavilənin daha 1 il uzadılması bəndini də sözləşməyə əlavə etmişdilər. Mövsümün sonlarına yaxın əla çıxışı ilə komandasının çempionluğunda böyük rol oynayan amerikalı oyunçu indi yeni müqaviləyə yaxınlıq vermir. çünki sol cinah oyunçusu maaşının artırılmasını tələb edib. Ancaq rəhbərlik onun bu istəyini geri çevirib.

"Partizani"nin ən yüksək ödənişli futbolçularından biri olan Dukanın aylıq məvacibi 7000 dollardı. Onun daha yüksək maaş tələbi qəbul olunmayıb. üstəlik, komandada baş məşqçi dəyişikliyi də Dukanı narahat edir. Onun yenidən ABŞ-a, III liqa təmsilçisi "Motoun"a dönməsi gözlənilir.

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest