“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Premyer Liqasının növbəti turu çərçivəsində “Aston Villa”ya qarşı keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb.

Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis rəqibin səviyyəsini və Unay Emerinin rəhbərliyi altında bu mövsüm göstərdiyi sabitliyi qeyd edib:

“Bu matçın nə qədər çətin olacağını dərk edirik. Onlar turnir cədvəlindəki mövqelərinə tam layiqdirlər. Unay Emerinin rəhbərliyi altında nə qədər stabil oynadıqlarına və hansı nəticələr əldə etdiklərinə baxın. "Aston Villa" aydın ideyaya və yüksək təşkilatlanma səviyyəsinə malik komandadır. Səhvlərimizi təhlil etmişik və nələri yaxşılaşdırmalı olduğumuzu dəqiq bilirik. Əvvəlki oyundakı məğlubiyyət ağrılı idi, amma ondan düzgün nəticələr çıxarmaq lazımdır. Bu enerjini doğru istiqamətə yönəltsək, nəticə mütləq gələcək”.

“Arsenal” – “Aston Villa” oyunu 31 dekabr tarixində keçiriləcək və Bakı vaxtı ilə saat 00:15-də start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest