"Qarabağ" çox keyfiyyətli komandadı, illərdi yüksək səviyyədə çıxış edir. Eyni zamanda böyük büdcəsi var. Bu üzdən "Partizani" üçün olduqca çətin sınaq olacaq". Matc.az saytı xəbər verir ki, bu sözlər "Qəbələ"nin sabiq yarımmüdafiəçisi Sabien Lilaya məxsusdu.

Albaniya millisinin üzvü yerli mətbuata açıqlamasında çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani"yə rəqib olan "Qarabağ" barədə məlumat verib.

Bu yay "Qəbələ"dən ayrılan 30 yaşlı futbolçu Ağdam klubunun zəif cəhətinin müdafiə xətti olduğunu deyib: "Qarabağ" yüksək keyfiyyətləri olan komandadı. Xüsusən də, yarımmüdafiə xətti güclüdü. Zəif nöqtələri kimi onu deyə bilərəm ki, bəzən müdafiədə boşluqlar buraxır. Həmçinin komandanın konkret qolçusu yoxdu. Ancaq hazırda transfer bazarındakı durumları barədə məlumatım yoxdu. Düzdü, dayandırılmayacaq komanda deyil. Amma "Partizani"nin rəqibi zəif görmək haqqı yoxdu. Məsələn, "Neftçi" çox yaxşı mövsüm keçirməsinə baxmayaraq, yenə də "Qarabağ" çempion oldu. Deməli, "Partizani" onlara qarşı çox yaxşı iki oyun keçirməyə məcburdu".

Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında oyunlar 9/10 və 16/17 iyul tarixlərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest