21 Dekabr 2025, 11:40
FUTBOL
"Roma" qış "transfer pəncərəsi"ndə ukraynalı hücumçu Artem Dovbiklə yollarını ayırmağa hazırlaşır.
Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
Bildirilir ki, baş məşqçi Can Pyero Qasperini oyunçuya etimad etmir və bu da İngiltərə klubları ilə danışıqları intensivləşdirib. "Roma" Dovbiki "Sanderlend", "Vest Hem" və "Everton" kimi komandalara təklif edib.
Qeyd edək ki, Dovbik bu mövsüm 14 oyunda meydana çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. "Transfermarkt" oyunçunu 25 milyon avro dəyərində qiymətləndirir.












