Karlo Ançelottinin oğlu Davide Ançelotti "Real"ın baş məşqçisi vəzifəsində Xabi Alonsonu əvəz edə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.

Bildirilir ki, Davide Ançelottinin "Botafoqo"dan ayrılması "Real"da öz oyun tərzini tətbiq edə bilməyən Xabi Alonsonun istefaya göndərilməsi ilə əlaqələndirilə bilər.

Xatırladaq ki, Davide Ançelotti "Botafoqo"dan dekabrın 18-də ayrılıb. 2025-ci ilin iyul ayından bəri komandaya rəhbərlik edən italiyalı mütəxəssislə yanaşı, fiziki hazırlıq üzrə məşqçi Luka Gerra, eləcə də onun köməkçiləri Luis Tevenet və Endryu Manqan da komanadanı tərk edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest