18 Noyabr 2025, 15:10
FUTBOL
“Əl-Hilal”ın cinah müdafiəçisi Joao Kanselu “Barselona”nın diqqətini cəlb edib.
Matc.az xəbər verir ki, bu barədə insayder Ekrem Konur məlumat yayıb.
Portuqaliyalı futbolçu daha əvvəl Avropaya qayıtmaq istədiyini etiraf etmişdi. Kataloniyalılar yaxın zamanda potensial transferlə bağlı vəziyyəti təhlil etməyi planlaşdırırlar.
Kanselu 2023/24 mövsümündə “Barselona”da çıxış edib. 31 yaşlı müdafiəçi cari mövsümdə bütün turnirlərdə 4 oyun keçirib və 1 məhsuldar ötürmə edib. Onun “Əl-Hilal” ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.







_1763473785.jpg)




