19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununa çıxacaq.

Matc.az xəbər verir ki, 13-cü qrupda yer alan millimiz Maltanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Maltanın Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Finlandiya və Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək.

18 noyabr

Azərbaycan (U-19) - Malta (U-19)
“Centenary” stadionu. Saat 14:00
Baş hakim: Oliver Reitala (Finlandiya)
Baş hakimin köməkçiləri: Olli Yantunen (Finlandiya), Aleksey Dolqix (Qazaxıstan)
Dördüncü hakim: Sayat Karabayev (Qazaxıstan)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest