"Yuventus" Luçano Spalletti ilə rəsmi müqavilə imzalayıb.

Matc.az xəbər verir ki, bu gün baş məşqçi Turin klubunun ofisini ziyarət edib və 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atıb.

Komandanın Çempionlar Liqasına vəsiqə qazanacağı halda, müqavilənin daha iki il uzadılması seçimi də nəzərdə tutulub.

Qeyd edək ki, "Yuventus" A Seriyasında 9 turdan sonra 15 xalla yeddinci sırada qərarlaşıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest