30 Oktyabr 2025, 19:31
FUTBOL
Argentina millisi və "İnter Mayami"nin hücumçusu Lionel Messi 2026-cı il dünya çempionatından əvvəl oyun formasını qorumaq üçün MLS fasiləsi zamanı Səudiyyə Ərəbistanı komandasına qoşulmaqda maraqlı olduğunu bildirib.
Matc.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.
Lakin Səudiyyə Ərəbistanının idman rəhbərliyi "liqalarını sadəcə təlim-məşq düşərgəsinə çevirmək" istəmədiyi üçün bu fikri rədd edib.
Dünya çempionatı gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.












