30 Oktyabr 2025, 15:16
FUTBOL
Artyom Dovbik və Evan Ferqyusonun performansın məmnun qalmayan "Roma" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
Matc.az xəbər verir ki, "canavarlar"ın əsas hədəfi "Mançester Yunayted"də çıxış edən Coşua Zirkzedir. Bu barədə "La Gazzetta dello Sport" nəşri məlumat yayıb.
Paytaxt təmsilçisi niderlandlı forvardı 6 aylıq icarəyə götürmək istəyir. 24 yaşlı forvard özü də dünya çempionatı öncəsi daha çox forma şansı qazana biləcəyi bir kluba keçməkdə maraqlıdır.
Qeyd edək ki, "Mançester Yunayted" Coşua Zirkzeni 2024-cü ilin yayında "Bolonya"dan transfer edib. Niderland millisinin üzvü bu mövsüm "qırmızı şeytanlar"ın heyətində 5 oyunda meydana çıxıb.












