“Arsenal”ın hücumameyilli yarımmüdafiəçisi Maks Douman klub tarixində yeni yaş rekorduna imza atıb.

Matc.az xəbər verir ki, 15 yaşlı futbolçu London təmsilçisində rəsmi oyuna start heyətində çıxan ən gənc oyunçu olub. Rekord Liqa Kubokunda “Brayton”a qarşı keçirilən matçda qeydə alınıb. Douman meydana 15 yaş 302 günlüyündə çıxıb.

Əvvəlki göstərici ötən mövsüm eyni turnirdə 16 yaş 72 günlüyündə əsas heyətə düşən qapıçı Cek Porterə məxsus idi.

Matç “Arsenal”ın qələbəsi ilə başa çatıb. Duman 72-ci dəqiqədə meydanı tərk edərək yerini Bukayo Sakaya verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest