30 Oktyabr 2025, 14:40
FUTBOL
"Atletiko"nun yarımmüdafiəçisi Konor Qallaher İngiltərə Premyer Liqasına qayıda bilər.
Matc.az xəbər verir ki, bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Mançester Yunayted" ingiltərəli futbolçunun xidmətində maraqlıdır. "Qırmızı şeytanlar"ın baş məşqçisi Qallaheri komandasında görmək istəyir.
Premyer Liqa nəhəngi 25 yaşlı oyunçu üçün 60 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, "Atletiko" Konor Qallaheri 2024-cü ilin yayında "Çelsi"dən transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Madrid təmsilçisinin heyətində keçirdiyi 16 oyunda 1 qol vurub.












