İmişli” oyunun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. Qolkiperin hərəkətinə görə klub 1000 manat cərimə edilib.
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Matc.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının IX turunun oyunlarında baş vermiş qayda pozuntularına hüquqi qiymət verilib:
"İmişli” oyunun 25-ci dəqiqəsində “Kəpəz”in qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmayacaq. Qolkiperin hərəkətinə görə klub 1000 manat cərimə edilib.
Həmin matçın 38-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Gəncə təmsilçisi 6000 manat ziyana düşüb. 68-ci dəqiqədə azarkeşlər tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” daha 3000 manat cərimələnib.












