30 Oktyabr 2025, 10:31
FUTBOL
İngiltərə Liqa Kubokunda 1/8 final mərhələsinin oyunları keçirilib.
Matc.az xəbər verir ki, "Liverpul" doğma meydanda "Kristal Pelas"ı qəbul edib. Qarşılaşma qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Liverpul" turnirdə mübarizəni dayandırıb. "Kristal Pelas" isə 1/4 finala yüksəlib.
Qeyd edək ki, "Liverpul" UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibidir. Komandalar arasındakı oyun gələn ilin 25 yanvar tarixində baş tutacaq.
"Liverpul" - "Kristal Pelas" 0:3
Qollar: Sarr 41,45, Pino 88












