28 Oktyabr 2025, 15:28
FUTBOL
“İnter”in ehtiyat qapıçısı Xosep Martines bu səhər ölümcül yol qəzasına səbəb olub.
Matc.az xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
İspaniyalı qolkiperin idarə etdiyi avtomobil 81 yaşlı əlil arabasındakı kişini vurub. Hadisə yerinə təcili tibbi yardım əməkdaşları dərhal gəlsələr də, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, "İnter" Xosep Martinesi 2024-cü ilin yayında"Cenoa"dan 14 milyon avroya transfer edib. 27 yaşlı "əlcək sahibi" bu mövsüm Milan təmsilçisinin heyətində 2 oyunda iştirak edib.










_1761661036.jpg)

