23 Oktyabr 2025, 22:16
FUTBOL
"Çelsi" "Bavariya"nın müdafiəçisi Deotşankul Upamekano üçün mübarizəyə qoşulub. Fransız futbolçu ilə "Liverpul", "İnter" və "Real" da maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
Bildirilir ki, Münhen klubu 26 yaşlı futbolçunun potensial transferini 60 milyon avro dəyərində qiymətləndirir. Bununla belə, Upamekanonun müqaviləsi bitdiyi üçün 2026-cı ilin yayında "Bavariya"nı pulsuz tərk edə bilmə riski var.
Qeyd edək ki, bu mövsüm "Bavariya"nın müdafiəçisi bütün turnirlərdə 16 matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib. "Transfermarkt" portalında onun dəyəri 60 milyon avrodur.