"Mançester Yunayted"in və Kamerun millisinin qapıçısı Andre Onana Türkiyənin "Trabzonspor" klubuna keçməyə yaxındır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı Fabrisio Romano paylaşıb.
Bildirilir ki, söhbər futbolçunun icarəyə götürülməsində gedir. Artıq klublar transferin şərtləri ilə bağlı şifahi razılığa gəliblər, indi qərar Onananın özündədir.
29 yaşlı kamerunlu 2023-cü ilin yayından İngiltərə klubunun onun üçün "İnter"ə 50 milyon avro verdiyi "Mançester Yunayted"də çıxış edir. Bununla belə, Onana "qırmızı şeytanlar"ın tərkibində mütəmadi olaraq kobud səhvlərə yol verərək, karyerasının İtaliyadakı dövrü səviyyəsində özünü göstərə bilmir.
Bu yay qapıçı "Mançester Yunayted"lə müqaviləsini uzatmaq istəyirdi. Hazırkı müqavilə 2028-ci ilin yayına qədər qüvvədədir və onu daha bir il uzatmaq imkanı var. Qapıçının transfer dəyəri 25 milyon avro qiymətləndirilir.