İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Estoniya ilə oyunda fasilə zamanı bir neçə futbolçusuna şillə vurub.
Matc.az xəbər verir ki, bu barədə "Football Italia" məlumat yayıb.
"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni məşqçinin iş üsullarından danışıb:
"Heç vaxt Qattuzo ilə bir komandada oynamamışam, amma bunun necə olduğunu təsəvvür edə bilirəm! O, bizə çox qərarılılıq və əzmkarlıq verdi. Bir neçə şillə də oldu. Ola bilsin ki, düzgün oyanmaq üçün lazım idi. Düşünürəm ki, son vaxtlar buna ehtiyacımız olub".
Xatırladaq ki, sentyabrın 5-də İtaliya fasilədən sonra vurduğu 5 qolla Estoniyanı darmadağın edib. Komandanın matçda son qolunu məhz Bastoni vurub. Qattuzo üçün bu, onun İtaliya millisinin baş məşqçisi kimi debüt oyunu idi.