"Milan" və Əlcəzair millisinin mərkəz yarımmüdafiəçisi İsmael Bennaser Zaqreb "Dinamo"suna keçib.

Matc.az xəbər verir ki, bu barədə Xorvatiya klubunun mətbuat xidməti məlumat yayıb.

Söhbət cari mövsümün sonuna qədər icarədən gedir. Müqaviləyə 10 milyon avroya istəyə bağlı satın alma variantı da daxildir.

Qeyd edək ki, 2019-cu ilin avqustunda "Milan" yarımmüdafiəçi üçün "Empoli"yə 17,2 milyon avro ödəyib. 2025-ci ilin fevralında Bennaser 1 milyon avroya icarə əsasında "Marsel"ə keçib.

2024/25 mövsümündə o, Fransa Liqa 1-də 12 matçda iki məhsuldar ötürmə edib. Ötən mövsüm İsmael "Milan"ın heyətində bütün yarışlarda 8 oyun keçirib və bir məhsuldar ötürmə edib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest