"Sampdoriya"nın yarımmüdafiəçisi Alessandro Bellemo bir qadının həyatını xilas edib.

Matc.az xəbər verir ki, bu barədə TVP məlumat yayıb.

Hadisə sentyabrın 2-də axşam saatlarında, Bellemo və ailəsinin qardaşının evində istirahət etdiyi Sottomarinada baş verib.

Küçədən qışqırıqlar eşidilib. Məlum olub ki, bu, itini gəzdirən 34 yaşlı polşalı Monika Qrimmin qışqırıqları olub. O, bütün bədəninə çoxsaylı bıçaq xəsarətləri yetirən kişi tərəfindən hücuma məruz qalıb.

Bellemo dərhal qızı evə aparıb və təcili yardım çağırıb. 30 yaşlı futbolçunun çevik reaksiyası sayəsində qadının həyatı xilas edilib. Hücumdan bir gün sonra Monikanın iti tapılıb. Şübhəli şəxs də polis tərəfindən saxlanılıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest