"Ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Misli Premyer Liqasının 4-cü turunda "Sabah" klubu ilə qarşılaşacaq "Neftçi" hazırlıqlarını davam etdirir

Matc.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, "ağ-qaralar" bu gün "Palms Sports" Futbol Mərkəzində növbəti məşqə çıxıb.

Müxtəlif milli komandaların düşərgəsində olan futbolçularımız – Emin Mahmudov, Rza Cəfərov, Elvin Bədəlov, Murad Məmmədov, Ağadadaş Salyanski, Edvin Kuç, Alessio Kurçi və Sessi D’Almeyda hazırlıq prosesində iştirak etməyiblər.

Qeyd edək ki, sentyabrın 14-də "Palms Sports Arena"da keçiriləcək "Neftçi" – "Sabah" oyunu saat 19:00-da başlanacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest