"Fənərbaxça" "Real"ın sabiq baş məşqçisi Zinəddin Zidanla ilkin razılaşma əldə edib.

Matc.az xəbər verir ki, bu barədə "Sabah Spor" məlumat paylaşıb.

Bildirilir ki, fransalı mütəxəssis əmək haqqı və müqavilə detalları ilə bağlı danışıqlar başa çatdıqdan sonra Türkiyəyə gələcək.

Qeyd edək ki, Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real"a rəhbərlik edib. Bu müddət ərzində Madrid klubu onun rəhbərliyi altında üç dəfə Çempionlar Liqasının qalibi olub, iki dəfə İspaniya çempionu olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest