U-19 yığmamız "Slovenia Nations Cup" yoldaşlıq turnirində Farer Adalarına qalib gəlib.
Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığması "Slovenia Nations Cup" yoldaşlıq turnirində keçirdiyi ikinci oyunda da qələbə qazanıb.
Matc.az xəbər verir ki, Sloveniyada təlim-məşq toplanışında olan komanda Farer Adalarının müvafiq yaş qrupundan ibarət millisi ilə üz-üzə gəlib.
"Çatez" stadionunda keçirilən görüş U-19-un 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində qolları 21-ci dəqiqədə Rauf Qafarov və 57-ci dəqiqədə Eltun Babazadə (penalti) vurublar.
Qeyd edək ki, milli turnirdəki ilk matçında İslandiya seçməsi də eyni hesabla üstələmişdi. U-19 növbəti matçını sentyabrın 9-da Polşa seçməsinə qarşı keçirəcək.