06 Sentyabr 2025, 14:18
FUTBOL
"Polessye" klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.
Ukraynanın "Polessye" klubunda çıxış edən Azərbaycan millisinin yarımmüdafiəçisi Emil Mustafayev əvəzedici komandaya göndərilib.
Matc.az xəbər verir ki, Mustafayevdən başqa klubunun daha 5 futbolçusu da əsas komandadan uzaqlaşdırılıb.
Baş məşqçi Ruslan Rotanın planlarında bu futbolçuların olmadığı bildirilib.
Emil Mustafayev bu mövsüm "Polessye"nin keçirdiyi 4 oyunun heç birində meydana çıxmayıb.
Qeyd edək ki, "Polessye" hazırda 3 xalla Ukrayna Premyer Liqasında 16 komanda arasında 10-cu pillədə qərarlaşıb.