06 Sentyabr 2025, 13:07
FUTBOL
Luis Enrike millinin oyunları üçün beynəlxalq fasilə zamanı qəza edərək xəstəxanaya yerləşdirilib.
PSJ-nin baş məşqçisi Luis Enrike millinin oyunları üçün beynəlxalq fasilə zamanı qəza edərək xəstəxanaya yerləşdirilib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 55 yaşlı mütəxəssis ötən gün velosipeddən yıxılaraq körpücük sümüyü sındırıb. O, dərhal xəstəxanaya çatdırılaraq, əməliyyat olunub.
PSJ Enrikeyə tam dəstəyini ifadə edib və yaxın vaxtlarda əlavə məlumat verəcəyini qeyd edib.
Xatırladaq ki, ispaniyalı mütəxəssis Paris klubunu 2023-cü ilin iyulundan çalışdırır.