Mərakeş milli futbol komandası DÇ-2026-nın seçmə mərhələsində altı oyununda altıncı qələbəsini qazanaraq əsas mərhələyə vəsiqə qazanıb.

Matc.az xəbər verir ki, bu nəticə ilə mərakeşlilər qarşıdan gələn dünya çempionatına vəsiqə qazanan ilk Afrika komandası olub.

Ümumilikdə Mərakeş dünya çempionatında əsas mərhələsində iştirrak edəcək 17-ci komanda olub. Daha əvvəl ev sahibləri, Kanada, Meksika və ABŞ, həmçinin Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay vəsiqəni təmin edib.

Qeyd edək ki, Mərakeş millisi tarixində altı dəfə dünya çempionatında iştirak edib. Onlar ən yaxşı nəticəsi Qətərdə keçirilən dünya çempionatında 4-cü yer olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest