06 Sentyabr 2025, 12:00
FUTBOL
Fransa millisinin hücumçusu Usman Dembele DÇ-2026-nın seçmə mərhələsinin ilk turu çərçivəsində Ukrayna ilə oyunda (2:0) zədələnib.
Matc.az xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.
Dembele ikinci hissənin əvvəlində meydana çıxıb. 81-ci dəqiqədə isə o, sağ budunun arxa hissəsindən zədə alıb və onu Uqo Ekitiku əvəzləyib.
Forvard zədədən sonra millinin düşərgəsini tərk edib.
Qeyd edək ki, Fransa İslandiya ilə birlikdə D qrupuna başçılıq ediblər.