Paraqvay millisi Ekvadorla heç-heçə edərək (0:0) DÇ-2026-ya vəsiqəni təmin edib.

Matc.az xəbər verir ki, bu nəticə komandaya 2010-cu ildən sonra ilk dəfə olaraq planetin əsas futbol turnirinə qayıtmağa imkan verib.

Tarixi nailiyyətin şərəfinə ölkə prezidenti Santyaqo Penya bir gün bayram elan edib.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest