06 Sentyabr 2025, 10:46
FUTBOL
"Fulhem"dən ayrılan Villian Braziliya "Qremio"na keçib.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Transfer azad agent əsasında baş tutub və 37 yaşlı braziliyalı ilə 2026-cı ilin sonuna qədər müqavilə imzalanıb. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Xatırladaq ki, o, ötən mövsümün sonunda bu ilin fevralından çıxış etdiyi "Fulhem"dən ayrılıb. Villian ötən mövsüm "Fulhem"in heyətində 12 oyunda iştirak edib.