"Barselona" Andreas Kristensen və Ronald Araujonun klubdakı qeyri-müəyyən gələcəyi fonunda müdafiəçi bazarını təhlil edir.
Matc.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb.
Bildirilir ki, Kayaloniya klubu ən çox "Sportinq"in müdafiəçisi Qonkalo İnasio ilə maraqlanır. Bu futbolçu "Bavariya"nın hücumçusu Luis Diazla eyni agentliyin müştərisidir. Bu yay İspaniya klubunun idman direktoru Deko kolumbiyalının mümkün transferi ilə bağlı bu agentliklə əlaqə saxlayıb.
"Barselona" baş məşqçi Luis Enrikenin etimadını itirdiyi üçün Fransa nəhəngindən ayrıla biləcək "Nottingem Forest"in müdafiəçisi Murilo, "Kristal Pelas"ın futbolçusu Mark Quehi, "Palmeyras"ın müdafiəçisi Benedetti və PSJ-nin futbolçusu Lukas Beraldonu da diqqət mərkəzində saxlayır.