06 Sentyabr 2025, 09:48
FUTBOL
Əlcəzairli yarımmüdafiəçi Raşid Gezzal karyerasını Fransada davam etdirəcək.
Matc.az xəbər verir ki, 33 yaşlı futbolçu azad agent kimi "Lion" klubuna keçib.
Yarımmüdafiəçi ilə 30 iyun 2026-cı ilə qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Gezzal "Lion"un yetirməsidir. Onun əvvəlki klubu bu yay ayrıldığı Türkiyənin "Rizəspor"u olub. Ümumilikdə o, peşəkar klublar səviyyəsində 348 rəsmi oyun keçirib, 43 qol vurub və 59 məhsuldar ötürmə edib.