02 Sentyabr 2025, 20:00
FUTBOL
Nigeriya millisinin hücumçusu Keleçi İheanaço "Sevilya"dan azad agent kimi ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Bildirili ki, tərəflər 2026-cı ilin yayına qədər qüvvədə olan müqaviləyə vaxtından əvvəl xitam verilməsi barədə razılığa gəliblər.
İheanaço keçən yay azad agent kimi "Sevilya"ya keçsə də, 11 matçda 3 qol vuraraq İspaniya klubunda möhkəmlənə bilməyib. 28 yaşlı nigeriyalı ötən mövsümün ikinci yarısını icarə əsasında "Midlsbro"da keçirib.
O, Nigeriya millisinin heyətində 59 oyun keçirib və 15 qol vurub.