İspaniyalı mərkəz müdafiəçisi Raul Albiol "Piza"nın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı azad agent kimi "Piza"ya keçib. Onun "Vilyarreal"la müqaviləsi bu il iyunun sonunda başa çatıb.

Albiol daha əvvəl 2013-2019-cu illərdə "Napoli"nin heyətində A Seriyasında çıxış edib. O, həmçinin "Valensiya", "Hetafe" və "Real"ın (Madrid) rənglərini qoruyub.

O, İspaniya millisinin heyətində 59 oyun keçirib, 2010-cu ildə dünya çempionu və iki dəfə (2008 və 2012-ci illərdə) Avropa çempionu olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest