"Trabzonspor"un və Türkiyə millisinin qapıçısı Uğurcan Çakır "Qalatasaray"ın futbolçusu olub.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

29 yaşlı qolkiperlə müqavilə 5 il - 2030-cu ilin yayına kimi nəzərdə tutulub. Transferin dəyəri 36 milyon avro olub.

Xatırladaq ki, bu yay "Qalatasaray" bir neçə məşhur qapıçı ilə müqavilə imzalamağa çalışıb. Onların arasında sonda əsas rəqibləri olan "Fənərbaxça"nın düşərgəsinə keçən braziliyalı Ederson da var idi.

Uğurcan Çakır 2016-cı ilin yayından "Trabzonspor"da çıxış edir. Qapıçı 2019-cu ildə debüt etdiyi Türkiyə millisində 31 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest