"Barselona"nın keçmiş çalışdırıcısı Xavi hazırda yeni baş məşqçi axtarışında olan "Bayer"in təklifini rədd edib.

Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.

Bildirilir ki, ispan mütəxəssisin adı daha əvvəl namizədlər siyahısında olsa da, o, təklifdən imtina edib.

Xatırladaq ki, "Bayer" 2025-ci ilin mayında klubu təhvil alan Erik ten Haqla yollarını ayırıb.

Nidrlandlı mütəxəssisin rəhbərliyi altında Almaniya klubu Bundesliqanın iki turunda cəmi 1 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest