02 Sentyabr 2025, 15:21
FUTBOL
"Mançester Siti" PSJ-nin italiyalı qapıçı Canluici Donnarumma ilə müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, qolkiperlə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 26 yaşlı qapıçı PSJ ilə birlikdə dörd dəfə Fransa çempionu, iki dəfə ölkə kubokunun qalibi olub. Ötən mövsüm isə italyan parislilərlə Çempionlar Liqasının qalibi olub.
2024/25 mövsümündə Donnarumma PSJ-nin heyətində 47 oyun keçirib, onlardan 17-də qapısını toxunulmaz saxlayıb.