02 Sentyabr 2025, 13:17
FUTBOL
"Mançester Siti"nin müdafiəçisi Manuel Akanji karyerasını İtaliyanın "İnter" klubunda davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
İsveçrəli müdafiəçi almaq öhdəliyi ilə A Seriya komandasına icarə əsasında qoşulub.
Qeyd edək ki, onun "Mançester Siti" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" futbolçunun dəyərini 28 milyon avro olaraq qiymətləndirir.