İngiltərə çempionu "Liverpul" "Nyukasl"ın hücumçusu Aleksandr İsakı 144 milyon avroya transfer edib ki, bu da ölkə tarixinin ən bahalı transferidir.

Matc.az xəbər verir ki, bu barədə "Transfermarkt" məlumat yayıb.

Əvvəlki Premyer Liqa transfer rekordu da bu yay Florian Virtzi 125 milyon avroya Leverkuzen "Bayer"indən alan "Liverpul"a məxsus olub.

"Liverpul" eyni zamanda bir "transfer pəncərəsi"ndə xərcləmə üzrə dünya rekordunu da qırıb. İngilis klubu 483 milyon avrodan çox xərcləyib ki, bu da 2023-cü ilin yayında oyunçular üçün 464 milyon avro ödəyən "Çelsi"dən çoxdur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest