02 Sentyabr 2025, 12:34
FUTBOL
Braziliyalı qapıçı Ederson "Mançester Siti"dən Türkiyənin "Fənərbaxça" klubuna keçib.
Matc.az xəbər verir ki, qolkiper İstanbul klubu ilə "3+1" illik mqavilə imzalayıb.
Ederson "Fənərbaxça"da illik 11 milyon avro maaş qazanacaq.
Bir müddət idi ki, brazliyalı qapçı ilə "Qalatasaray" da yaxından maraqlanırdı.
Qeyd edək ki, Ederson 2017-ci ildən "Mançester Siti"də çıxış edir. Braziliyalı futbolçu ingilis klubunun heyətində 372 oyun keçirib. Futbolçunun dəyəri 20 milyon avro olaraq qiymətləndirilir.