Futzal üzrə Azərbaycan Yüksək və Birinci liqalarında 2025/2026 mövsümünün püşkünün atılacağı tarix dəqiqləşib.

Matc.az xəbər verir ki, mərasim sentyabrın 8-də, saat 12:00-da, AFFA-nın inzibati binasında keçiriləcək.

Yüksək Liqada 6 – “Araz-Naxçıvan”, “Baku Fire”, “Neftçi” İK, “Şuşa”, U-19 və “Lənkəran”, Birinci Liqada 10 – “Baku Fire-2”, PFL, “Xan-Lənkəran-2”, “STAR kargo”, “Timsport”, “Atletiko Baku”, “Trabzon - Azərbaycan”, “Ulduz”, “Dəstə Ordubad” və “Yeni Suraxanı” komandaları iştirak edəcəklər.

Qeyd edək ki, Yüksək Liqada oyunlar 4 dövrədən və 20 turdan, Birinci Liqada 1 dövrədən və pely-off mərhələsindən ibarət olacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest