02 Sentyabr 2025, 12:07
FUTBOL
"Arsenal"ın müdafiəçisi Yakub Kivior "Porto"ya keçib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat paylaşıb.
Bildirilir ki, Portuqaliya klubu 25 yaşlı futbolçunu 2 milyon avroya bir mövsümlük icarəyə götürüb.
Qeyd edək ki, Polşa millisinin futbolçusu olan Kivior "Arsenal"ın heyətində 68 oyun keçirib, 3 qol vurub, 5 məhsuldar ötürmə edib. O, əvvəllər "Anderlext", "Podbrezova", "Zilina" və "Spesiya"da çıxış edib.