"Fənərbaxça" yeni transferini reallaşdırıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə klubunun mətbuat xiddməti paylaşıb.

Bildirilir ki, İstanbul klubu PSJ-nin yarımmüdafiəçisi Marko Asensionu heyətinə qatıb. 29 yaşlı futbolçusu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Asensio ötən mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. O, Premyer Liqa klubunda 13 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest