01 Sentyabr 2025, 21:45
FUTBOL
"Milan" "Marsel"in fransız mərkəz yarımmüdafiəçisi Adrien Rabionu satın alıb.
Matc.az xəbər verir ki,bu barədə məlumatı klubun mətbuat xidməti paylaşıb.
"Rossonerilər" 30 yaşlı yarımmüdafiəçi üçün 9 milyon avro ödəyib və müqavilə "3+1" sxeminə əsasən imzalanıb.
Xatırladaq ki, Rabiot komanda yoldaşı ilə paltardəyişmə otağında dalaşması səbəbindən transferə çıxarılıb.