01 Sentyabr 2025, 10:06
FUTBOL
Türkiyə Superliqasında IV tura yekun vurulub.
Matc.az xəbər verir ki, son oyun gündə 4 qarşılaşma baş tutub.
"Beşiktaş"a yenidən baş məşqçi təyin olunan Sergen Yalçın "Alanyaspor"a uduzub.
"Fənərbaxça" səfərdə qələbə qazanıb. Digər oyunlarda isə heç-heçə qeydə alınıb.
Türkiyə Superliası
IV tur
31 avqust
"Başakşəhər" – "Eyüpspor" - 0:0
"Gənclərbirliyi" – "Fənərbaxça" - 1:3
Qollar: Qutas, 64 // P.Pereyra, 14-öz qapısına. En Nesiri, 35; 40.
"Alanyaspor" – "Beşiktaş" - 2:0
Qollar: İ.Kaya, 45+5-pen. G.Yalçın, 76.
"Trabzonspor" – "Samsunspor" - 1:1
Qollar: Onuaçu, 16 // Marius, 88.