27 Avqust 2025, 12:15
FUTBOL
"Tottenhem"in müdafiəçisi Luka Vuskoviç karyerasını Almaniyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
"Hamburq" xorvatiyalı futbolçunu heyətinə qatacaq. Artıq klublar arasında razılıq əldə olunub. 18 yaşlı mərkəz müdafiəçisi Bundesliqa təmsilçisində icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, "Tottenhem" Luka Vuskoviçi mövsümün əvvəlində "Hayduk"dan transfer edib.