"Qalatasaray" "Napoli"nin hücumçusu Viktor Osimheni transfer edib.

Matc.az xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb.

"Sarı-qırmızılar". nigeriyalı forvard üçün İtaliya klubuna 75 milyon avro təzminat ödəyib. 26 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Viktor Osimhen ötən mövsüm icarə əsasında "Qalatasaray"da çıxış edib. O, "aslanlar"ın heyətində keçirdiyi 41 oyunda 37 qol vurub, 8 qol ötürməsi verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest