"Everton" heyətinə yeni hücumçu cəlb edib.

Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Vilyarreal"dan Tierno Barrini transfer edib. Bu barədə  klubun mətbuat xidməti məlumat yayıb.

"Everton" 22 yaşlı forvard üçün İspaniya klubuna 30 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Fransa U-21 millisinin üzvü olan Tierno Barri ötən mövsüm "Vilyarreal"ın heyətində keçirdiyi 41 oyunda 19 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest