Niderland millisi və "İnter"in sağ cinah müdafiəçisi Denzel Dumfris bir neçə Avropa klubunun diqqət mərkəzinə düşüb.

Matc.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat paylaşıb.

Bildirilir ki, 29 yaşlı niderlandlı futbolçu ilə "Barselona" və İngiltərə Premyer Liqasının adı açıqlanmayan iki klubu maraqlanır.

Qeyd edək ki, İtaliya klubu Dumfrisi 2021-ci ildə PSV-dən 12,5 milyon avroya alıb. Ötən mövsüm müdafiəçi 45 oyuna çıxıb, 11 qol vurub, 5 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest