Ronaldo İspaniya ikinci divizionundan "Almeriya"nın ortaq sahibi ola bilər.
"Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldo tezliklə İspaniya ikinci divizionundan "Almeriya"nın ortaq sahibi ola bilər.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Marca" paylaşıb.
Bildirilir ki, portuqaliyalı futbolçu əvvəllər "Almeriya"nı satın alan Səudiyyə Ərəbistanının "SMC Group" investisiya şirkətinin rəhbəri Məhəmməd Əl-Xereyci ilə yaxşı münasibətdədir. 40 yaşlı hücumçu "SMC Group"un səhmlərindən ala bilər və bununla da İspaniya klubunun sahiblərindən birinə çevrilə bilər. Əl-Xereyci 2022-ci ilin dekabrında Ronaldonun "Əl-Nəsr"ə keçidinə təsir edən əsas fiqur olduğu vurğulanır.
Qeyd edək ki, İspaniya Sequndasının 39 turundan sonra "Almeriya"nın 62 xalı var və altıncı yerdədir.